15 mayda gözlənilən hava şəraiti açıqlanıb

15 mayda gözlənilən hava şəraiti açıqlanıb

15 mayda gözlənilən hava şəraiti açıqlanıb
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.
 
Mayın 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 

Google+ WhatsApp ok.ru