16 yaşlı məktəbli bıçaqlandı - Evin tək oğlu idi

16 yaşlı məktəbli bıçaqlandı - Evin tək oğlu idi

Qazaxda 16 yaşlı məktəbli qətlə yetirilib.
 
ARB Kəpəz xəbər verir ki, hadisə Mütəfəkkirlər parkında baş verib.
 
Şahidlərin sözlərinə görə, Dəmirçilər kənd sakini, 16 yaşlı Taleh Bayramoğlu parkda olarkən həmyaşıdı ona yaxınlaşıb, pul tələb edib.
 
Üzərində böyük məbləğdə pul olmadığını deyən Talehlə qarşı tərəf arasında mübahisə yaranıb. Nəticədə 16 yaşlı yeniyetmə bıçaqlanıb və yaralı halda aptekə tərəf qaçıb. Hadisəni törədən şəxs onun arxasınca gedib, lakin Talehin huşunu itirdiyini gördükdə ərazidən uzaqlaşıb. Ailənin yeganə övladı Qazax Diaqnostika Mərkəzinə aparılsa da, yolda dünyasını dəyişib. Hadisəni törədən rayon sakini isə polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı araşdırmalara başlanılıb.
 

Google+ WhatsApp ok.ru