16 iyulda gözlənilən hava şəraiti

16 iyulda gözlənilən hava şəraiti

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər  yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.
 
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-25,  gündüz  31-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. 
 
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.    Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. 
 
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.  
 
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə isti olacaq.   
 
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 16-da Abşeron yarımadasında temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Google+ WhatsApp ok.ru