16 saylı cəzaçəkmə müəssisəsində dindar məhbusun işkəncə olunduğu bildirilir - Ailəsi ictimaiyyətə müraciət etdi

İnanclı məhbusun ailəsi ona işgəncələrin verildiyini bildirir.
 
 
2012-ci ildə Azərbaycanda keçirilən Avroviziya Mahnı Müsabiqəsi ərəfəsində  planlaşdırılan “gey parada” etiraz səsini ucaldan inanclılardan biri Samir Hüseynov  hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.  O, 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Ailə üzvlərinin İslaminSesinə verdiyi məlumata görə, bir neçə gün öncə heç bir izah verilmədən 16 saylı cəzaçəkmə müəssisəsindən  “Tubzona” aparılan 5 məhbus barədə ombudsmana şikayət məktubu göndərmək istəyən Samir Hüseynov  həbsxana rəhbərliyinin hədəfinə tuş gəlib.
Belə ki, məlum hadisədən sonra ailə üzvləri inanclı məhbus Samir Hüseynovla görüşmək üçün həbsxanaya getsələr də heç bir nəticə olmayıb.  
Cəzaçəkmə müəssisəsindən məhbusun karsa salındığını bildiriblər. Lakin hansı səbəbdən bu addımın atıldığı barədə açıqlama verməyiblər.
Ailə üzvlərinin dediyinə görə, həbsxana rəhbərliyi ilə görüşmək cəhdləri də uğursuz alınıb. İnanclı məhbusun yaxınları epilepsiya və şəkərli diabet xəstəliklərindən əziyyət çəkən Samir Hüseynova ombudsmana məktub göndərmək istədiyi üçün işgəncə verildiyini bildiriblər. Bu barədə onlara yaxın şəxsdən məlumat verildiyini açıqlayıblar. (islaminsesi)
 

Google+ WhatsApp ok.ru