17 ermənini məhv edən şəhidin atası kreditə görə məhkəməyə verilir - YENİLƏNİB

Məlumat yayılandan sonra artıq şəhid atasının kredit borcu məsələsi öz həllini tapıb. Milli.Az xəbər verir ki, bunu Milli Məclisinin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib: "Bu gün informasiya saytlarında aprel döyüşlərində şəhid olmuş Mingəçevir sakini Adil Adilzadənin atası Kamran Abdullayevin bank krediti problemi ilə bağlı informasiya yayıldı. Məsələ ilə maraqlanıldı və probelm həll edildi. Şəhid ailəsi bu barədə məlumatlandırıldı". (baku.ws)
 

***

 

Aprel döyüşlərində şəhid olan hərbi qulluqçu Adil Adilzadənin atası çətin durumdadır.

Maide.Az xəbər verir ki, şəhid atası Kamran Adilzadə çox acınacaqlı vəziyyətə düşüb. Məlum olub ki, şəhidin adına olan krediti atası ödəməkdə çətinlik çəkir.

Kamran kişi bildirib ki, Adil sağlığında vaxtı-vaxtıda krediti ödəyirmiş. Ancaq döyüşlərdə şəhid olan Adilin kreditini indi atası ödəməkdə çətinlik çəkir. Bank isə xəbərdarlıq edib ki, ödəniş olmadığı təqdirdə məhkəməyə müraciət olunacaq.

Qeyd edək ki, şədid Adil Adilzadə 17 erməni öldürərək qolundan yaralanıb. Ancaq buna baxmayaraq döyüşə davam edən Adil bir neçə saat döyüşdükdən sonra düşmən sinaypernin gülləsinə tuş gəlib. Adil aldığı güllə yarasından şəhdlik zirvəsinə ucalıb. /           (Baku.ws)

Google+ WhatsApp ok.ru