17 il əvvəl 11 Sentyabr şousu (VİDEO)

Bütün dünya hələ də 17 il əvvəl bu günü ABŞ-dakı əkiz qüllələrə olunun hücumun arxasındakı həqiqəti araşdırır. ABŞ-lı intellektuallar etiraf etdilər ki, `Bu hadisə tamamilə Pentaqon işidir`

Gəlin bir az keçmişə qayıdaq. Hər şey 17 il əvvəl, 11 Sentyabr 2001-ci ilin səhəri Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinə aid əkiz binalara bir təyyarənin dəyməsi şousu ilə başladı. Tarixdə qısaca 11 Sentyabr, ya da 9/11 olaraq qalan bu qaranlıq hadisə, özündən sonra dünyaya siyasi, hərbi və iqtisadi hadisələr zənciri və imperialist qüvvələr tərəfindən Orta şərqə qan, gözyaşı və işğal gətirdi.

TERRORLA MÜBARİZƏ DEYİLDİ, NEFTƏ PRİORİTET VAR İDİ
4 sərnişin təyyarəsindən ikisi Nyu-Yorkdakı əkiz qüllələrə, digəri Pentaqona dəymiş, digəri isə sərnişinlərlə birlikdə yerə düşmüşdü. Hadisələrdə 19 nəfər terrorçu ilə 2.974 adam həyatını itirmişdi. Hücumlardan Usəma bin Ladenin lideri olduğu "Əl-Qaidə təşkilatı" məsul tutulmuşdu. Bu hücumdan sonra isə yeni təhlükəsizlik strategiyaları təyin oldu. Təhlükəsizlik strategiyalarını ABŞ, terror devizi adı altında, islam ölkələrinin təbii sərvətlərini zəbt etməklə məşğul oldu.

ABŞ, ƏFQANISTAN VƏ İRAQA MÜHARİBƏ ELAN ETDİ
Bu strategiya çərçivəsində ABŞ, ilk olaraq Əfqanıstana hərbi müdaxilə etdi. 19 Mart 2003-cü ildə isə nüvə silah bəhanəsiylə İraqa müharibə elan olunur. İki ölkəni də işğal edən Amerika, pullu əsgərləriylə bu ölkələrdə soyqırıma start verir. Hər iki ölkəni qan gölünə çevirən ABŞ əsgərləri və kolalisiya qüvvələri ilə birlikdə, minlərlə günahsızı qətlə yetirir. 11 Sentyabrın 17-ci ildönümündə, ABŞ-ın terrorla mübarizə bəhanəsi ilə başladığı döyüşdə bu günə qədər milyonlarla insan həyatını itirib. Döyüşün təxminən xərci isə dünyadakı bütün yoxsulları xilas edə biləcək bir rəqəmdir. 

11 SENTYABR HADİSƏSİNDƏ HƏQİQƏTLƏRİ AŞKAR EDƏN FİLM

Google+ WhatsApp ok.ru