178 illik şirkət iflas etdi

178 illik şirkət iflas etdi

İngiltərənin məşhur turim və hava yolu şirkəti olan “Tomas Cook” iflas edib.
 
Maide.Az “Habertürk”ə istinadən xəbər verir ki, şirkətin rəhbəri Peter Fankhauser maliyyə problemini həll etmək üçün sponsorlarla aparılan danışıqların müsbət nəticə vermədiyini bildirib.
 
Şirkətin iflas olması səbəbindən indiki və planlaşdırılan növbəti bütün reyslər təxirə salınıb. Bu isə 567 təyyarə reysində ümumilikdə 84 min müştəriyə ziyan vurub.
 
Hazırda müştərilərə dəyən ziyanın qarşılanması üçün çıxış yolları axtarılır.
 
Qeyd edək ki, “Tomas Cook”un ümumilikdə 22 mindən çox işçisi var.

Google+ WhatsApp ok.ru