17 milyondan çox yəmənlinin içməli suya çıxışı yoxdur 30 Aprel 2020 12:45 Yəmən Yəməndə 17 milyondan çox insanın içməli su və müasir kanalizasiya xidmətlərindən istifadə imkanları yoxdur. Maide.Az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Tvitter səhifəsində məlumat yayıb. Təşkilat yeni növ koronavirus pandemiyası (Kovid-19) təhlükəsi qarşısında əhalinin təmiz su ilə təmin edilməsinin böyük əhəmiyyət daşıdığını qeyd edib. 27 aprel bazar ertəsi günü Yəmən Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxan yeganə şəxsin sağalaraq evə buraxıldığını bildirib. Bu gün isə Yəməndə yeni növ koronavirusdan yaranan xəstəliklərdən ilk iki ölüm hadisəsi qeydə alındığı bildirilib. Təşkilatdan qeyd edildiyi kimi, ölkədə Kovid-19 infeksiyası halları qeydə alınmayıb. Bundan əvvəl BMT-nin Humanitar Yardım Koordinasiya İdarəsi Yəməndə yeni növ koronavirusun yayıldığını, lakin hələ aşkarlanmadığını bildirmişdi. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir. İllərdir davam edən müharibədə 16 mindən çox yəmənli həyatını itirib, on minlərlə insan yaralanıb və milyonlarla insan evlərindən didərgin düşüb. Hazırda 25 milyon əhalisi olan Yəmənin təxminən 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar. Teqlər : #milyondan,#çox,#yəmənlinin,#içməli,#suya,#çıxışı,#yoxdur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən: ‘İşğalçılar müharibənin uçurumda boğulur’ Məhəmməd Əli Əl-Husi: ‘Səudiyyə rejimi atəşkəsi yerinə yetirməlidir’
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'