18 yaşlı şəhid əsgərimiz Saatlıda dəfn ediləcək

18 yaşlı şəhid əsgərimiz Saatlıda dəfn ediləcək

Azərbaycan Ordusunun oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan əsgər Zeynalov Cabbar Firuddin oğlu Saatlı rayonunda torpağa tapşırılacaq.
 
Saatlı Rayon İcra Hakimiyyətindən “Report”-a verilən məlumaata görə, dəfn mərasimi oktyabrın 23-nə nəzərdə tutulub.
 
Qeyd olunub ki, şəhidin cənazəsi bu gün Saatlı rayonuna gətiriləcək.
 
Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində doğulub. 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Ötən gün 18 yaşında şəhidlik zirvəsinə ucalıb.
 

Google+ WhatsApp ok.ru