18 aylıq Fələstinli körpəni və atasını yandıran yəhudi sərbəst buraxılacaq

İşğalçı İsrail rejim məhkəməsi  Qərb sahilində 18 aylıq Fələstinli körpəni və atasını yandıraraq öldürən  radikal qrupun üzvi 24 yaşlı Meir Ettinger adlı yəhudinin sərbəst buraxılmasına qərar verib. 
 
Maide.Az xəbər verir ki, məhkəmənin qərarına görə, M.Ettinger  8 ay istintaqdan sonra radikal qrupa başçılıq edərək cinayət törətdiyi ilə bağlı heç bir məsuliyyətə cəlb olunmadan iyun ayının 1-də  sərbəst buraxılacaq. 
 
Qeyd edək ki, bu sionist qəsəbə sakini bir qrup ifratçı yəhudi ilə  ötən ilin iyun ayında  İordan çayının qərb sahilində  Nablus şəhərində Fələstinlilərin birinin evinə hücum edib və evi yandırıblar. Yanğın nəticəsində 18 aylıq fələstinli körpə və onun atası yanaraq can verdi. Sözdə insan haqları təşkilatları isə işğalçı rejimin bu qərarına heç bir etiraz etməyiblər. 
 

Google+ WhatsApp ok.ru