18 oktyabrda iş olmasın

18 oktyabr qeyri-iş günü olsun. Bu təkliflə bu gün Milli Məclisin iclasında bəzi deputatlar çıxış ediblər. 
 
Deputat Vahid Əhmədov Dövlət Müstəqillik günü ilə bağlı ölkədə silsilə tədbirlər həyata keçirilməsinin vacibliyini vurğulayıb.
 
“Mən Müstəqillik gününün qeyri-iş günü olması və silsilə tədbirlərin keçirilməsini təklif edirəm. Müstəqilliyə səs vermiş keçmiş həmkarlarımızın bəzilərinin vəziyyəti ağırdır, mənzilə ehtiyacı olanlar var. O insanlara da kömək edilməsi yaxşı olardı”.

Google+ WhatsApp ok.ru