19 dekabr Beynəlxalq Yoxsullara Yardım Günüdür

19 dekabr Beynəlxalq Yoxsullara Yardım Günüdür

Yoxsulluqdan 300 milyon nəfər ölüb

 
Maide.Az xəbər verir ki, Beynəlxalq Yoxsullara Yardım Günü 1995-ci ildə BMT tərəfindən təsis edilib. Ekspertlərin məlumatına görə, planetin bütün əhalisinin təxminən dörddə bir hissəsi, yəni, yarım milyard insan XX əsrdə dilənçi vəziyyətində olub.
 
Aparılan araşdırmalar göstərir ki, 1999-cu ildən 2007-ci ilədək olan dövrdə yoxsulluqdan 300 milyon nəfər ölüb. Hətta iki dünya müharibəsi belə ümumilikdə bu qədər insanın həyatına son qoymayıb.
 
Qeyd edək ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lokokun bir müddət öncə bildirmişdi ki,  2019-cu ildə dünyada ümumilikdə 132 milyon insanın humanitar yardıma ehtiyacı olacaq. 
 
“BMT və beynəlxalq humanitar təşkilatın məqsədi ərzağa, sığınacağa, səhiyyə və təhsil xidmətlərinə ehtiyacı olan 94 milyon insana humanitar yardım göstərməkdir”, - M.Lokok bildirib. 
 
Hazırda dünyada 800 milyon insan aclıq çəkir.  
 
Almaniyada faəliyyət göstərən Aclığa Qarşı Mübarizə Təşkilatının sədri Bərbel Dieckman bildirib ki, son illər bu istiqamətdə müəyyən irəliləyişə nail olunsa da, BMT-nin 2030-cu ilə qədər «Sıfır aclıq» hədəfinə çatması üçün siyasi, iqtisadi çevrələr və vətəndaş cəmiyyəti səylərini artırmalıdır.
 
Dünya Aclıq İndeksində bu il ilk sırada Mərkəzi Afrika Respublikası, Çad, Zambiya, Haiti, Madaqaskar, Yəmən gəlir. 
 

Google+ WhatsApp ok.ru