1 ay ərzində orqanizminizi təmizləyin və cavanlaşın 25 Yanvar 2017 02:00 Sağlamlıq Müasir insanların qidalanması müxtəlif ziyanlı maddələrlə zəngindir. Qidalara konservantlar, əlavələr, rəng və dadvericilər və s. əlavə olunur. Bütün bunlar bağırsaqlarda toplanaraq müxtəlif pozulmalara, dərinin və ümumiyyətlə orqanizmin vaxtından tez qocalmasına səbəb olur. Sizə orqanizmin təmizlənməsi üçün çox effektli və asan üsul təqdim edirik. "Təmizləyici vasitə" kimi buğda kəpəyi istifadə olunur. Bu çox təsirli təbii vasitədir. Buğda kəpəyi sellülozla zəngindir. Sellüloz bağırsaqlarda şişir və bağırsaqlara təzyiq edərək burada yığılmış ziyanlı maddələri çölə çıxardır. Orqanizmi təmizləmək üçün axşamdan 1 stəkan suda 1 x.q. buğda kəpəyi isladın. Səhər acqarına suyu qarışdırın və için. 40 dəqiqədən sonra qida qəbul edə bilərsiniz. 1 aydan sonra orqanizminizdə bu kimi müsbət dəyişikliklər baş verəcək: - dərinizin və saçlarınızın vəziyyəti yaxşılaşacaq - qəbizlikdən azad olunacaqsınız - özünüzü daha gümrah hiss edəcəksiniz - əzələ və oynaq ağrıları azalacaq - bir neçə kq arıqlayacaqsınız. Nəzərə almaq lazımdır ki, bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı bu üsuldan istifadə etmək olmaz. (saglamolun.az) / Teqlər : #1 ay ərzində orqanizminizi təmizləyin və cavanlaşın , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qrip Bakinın “burnundan” əl çəkmir Azərbaycanda hepatitli xəstələrin 80 faizi hepatit C-yə yoluxanlardır
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir