1 il öncə yandırılan Viktoriya məscidi bərpa edilir

1 il öncə yandırılan Viktoriya məscidi bərpa edilir

-- Dünyanın 90 ölkəsindən olan xeyriyyəçilər 1.1 milyon dollar vəsait verib

ABŞ-ın Texas ştatında yerləşən və bir il öncə yandırılan Viktoriya İslam Mərkəzi və məscidinin bərpası layihəsinə start verilib və iyul ayına kimi başa çatacağı bildirilir.
 
Maide.Az "hawzahnews"  bildirir ki, məscidin bərpası üçün lazım olan vəsaiti dünyanın müxtəlif ölkələrindən olan xeyriyyəçilər verib. 
 
Məscidin bərpası üçün yardım kompaniyasına dünyanın  90 ölkəsindən  qoşulub və 1.1 milyon dollar vəsait toplanıb. 
 
Qeyd edək ki,  2017-ci ilin yanvar ayında  Texasda Viktoriya İslam Mərkəzində yanğın törədilib.  Məscid yanğın nəticəsində tamamilə yararsız hala düşüb.
 
Xatırladaq ki, məscid  2000-ci ildə tikilib və bir neçə dəfə hücumlara məruz qalıb.

Google+ WhatsApp ok.ru