1 iyunda yetim, kimsəsiz və qüsurlu uşaqlar evinə yardım edildi, Ramazan payı verildi

1 iyunda yetim, kimsəsiz və qüsurlu uşaqlar evinə yardım edildi, Ramazan payı verildi

Gürcüstan Müsəlmanları İdarəsi bu gün Uşaqların Beynəlxalq Müdafiə günü 150-ə yaxın yetim uşaqlara Ramazan payı verməklə yad etdi.  Eyni zamanda hər il olduğu kimi bu ildə də Rustavi və Batumi şəhərlərində olan kimsəsiz və fiziki qüsurlu uşaqlar yurduna ümumilikdə 3000 lari məbləğində ehtiyacları olan əşyalar alıb həmin yurdalara bağışlanıldı.
 
Müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması və düzgün təlim və tədrisi dövlətin və hər kəsin əsas məsuliyyətərindəndir. /           

Google+ WhatsApp ok.ru