2-ci Qədr gecəsi mərasimləri ölkənin müxtəlif şəhər və kəndlərində keçirilib

Mübarək Ramazan ayının 21-ci gecəsinin əhya mərasimi Azərbaycanda  müxtəlif şəhər və kəndlərin məscidləri və hüseyniyyələrində keçirilib.
 
Maide.az xəbər verir ki, Həzrət Əlinin (ə) şəhadətinin ildönümü gecəsində Azərbaycanda Əhli-Beyt (ə) aşiqləri və möminlər bu ölkə məscidlərində əzadarlıq edib və Allah-taala ilə raz-niyaz ediblər. 
Bu mərasimlərdə  çıxış edən ruhanilər Qədr gecələrinin fəzilətləri və həmçinin Həzrət Əlinin (ə) ali şəxsiyyəti haqqında danışıblar.  
Möminlər dua və münacat oxuyub,  Quran-Kərimi başa tutub, Quran və məsumları şəfaətçi qərar verib  Allah-taala dərgahından günahların bağışlanması, sağlamlıq, İmam Zamanın (əc) zühurunun tezləşməsi, islam dünyasının problemlərinin aradan qaldırılması və dünya müsəlmanlarının başıucalığını diləyiblər.  /
 

Google+ WhatsApp ok.ru