2. İmam Hüseynin (ə) müsibətlərinin xatırlanması

2. İmam Hüseynin (ə) müsibətlərinin xatırlanması

Bir hədisdə İmam Sadiqin (ə) Davud Riqqiyə belə buyurduğunu oxuyuruq:

إِنِّي ما شَرِبْتُ ماءً بارِداً إِلَّا وَ ذَكَرْتُ الْحُسَينَ عليه السلام‌

“Mən İmam Hüseyni (ə) xatırlamadan əsla soyuq su içməmişəm.” ("Əmali", Şeyx Səduq, səh.142.)

Tarixdə oxuyuruq ki, Mənsur Dəvaniqi İmam Sadiqin (ə) evinə od vurdurduğu zaman, o Həzrət evdə idi. Yanğını söndürərək qorxmuş qadın və qızlarını sakitləşdirdi. Ertəsi gün şiələrdən bir dəstəsi o Həzrətin vəziyyətini soruşmaq üçün onun yanına gəldi. İmamın (ə) ağladığını və kədərli olduğunu gördükdə, soruşdular: “Bu qədər ağlamaq və kədərlənmək nəyə görədir? Onların sizə qarşı hörmətsizliyinə görədirmi?” İmam (ə) cavab verdi:

لا، وَ لكِنْ لَمَّا أَخَذَتِ النَّارُ ما فِي الدِّهْلِيزِ نَظَرْتُ إِلى‌ نِسائِى وَ بَناتِى يَتَراكَضْنَ فِي صَحْنِ الدَّارِ مِنْ حُجْرَةٍ إِلَى‌ حُجْرَةٍ وَ مِنْ مَكانٍ إِلى‌ مَكانٍ هذا وَ أَنَا مَعَهُنَّ فِي الدَّارِ فَتَذَكَّرْتُ فِرارَ عِيالِ جَدِّىَ الْحُسَيْنِ عليه السلام يَوْمَ عاشُورا مِنْ خَيْمَةٍ إلى‌ خَيْمَةٍ وَ مِنْ خِباءٍ إلى‌ خِباءٍ

“Əsla buna görə ağlamıram, əksinə ağlamağım mən onların yanında olduğum (və tənha olmadıqları) halda, qadın və qızlarımın bu otaqdan o otağa və ordan-oraya qaçmasına görədir. Bu səhnəni görməklə, cəddim Hüseynin (ə) qadın və qızlarının Aşura günü bu xeymədən o xeyməyə, bu sığınacaqdan o sığınacağa qaçmasını xatırladım.” (“Məasatul-Huseyn”, səh.117; Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi, Ayətullah Məkarim Şirazi, səh.48-50.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru