2 min hüquqşünas vəkil olmaq istəyir

2 min hüquqşünas vəkil olmaq istəyir

-- Vəkilliyə namizədlərlə yazılı test imtahanı yanvarın 28-də keçirilməlidir

Yanvar ayının 11-dək 2 min hüquqşünas vəkil olmaqdan ötrü müraciət edib.
 
Bu haqda Vəkillər Kollegiyasının ixtisas komissiyasının məlumatında bildirilir.
 
Məlumatda vurğulanır ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə 2017-ci il dekabrın 9-da vəkilliyə qəbul prosesi bərpa olunub. Sənədlərin qəbulu, yanvarın 11-i başa çatıb.
 
Məlumata görə, Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərin istifadəsinə təqdim edilib. Qəbuldan ötrü sənəd verən namizədlərin sayının 2 minə yaxın olduğu bildirilir
 
Vəkilliyə namizədlərlə yazılı test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birgə, bu il yanvarın 28-də keçirilməlidir.(azadliq/org)
 

Google+ WhatsApp ok.ru