20.000 ordodoks yəhudi İsrailə etiraz edib - VİDEO

20.000 ordodoks yəhudi İsrailə etiraz edib - VİDEO

Anti-sionist hərəkatından olan 20 min ultra ordodoks yəhudi Bruklində Barclays Center basketbol arenasında etiraz aksiyası keçirib. Onlar yeşiva tələbələrinin hərbi çağırışına, çağırış məntəqəsinə gəlməkdən imtina edənləri isə dezertir kimi saxlanılmasına etirazlarını bildirib. Onlar bu addımı dini inanc azadlığının pozulması kimi qiymətləndirib. Nümayişçilərin sözlərinə görə, 1948-ci ildən bəri İsrail hökuməti bilirdi ki, belə bir qrup var- yeşiva tələbələri, hansı ki, təhsil alırlar və hərbçi çağırışdan azaddırlar. Lakin son bir neçə ildə israilli siyasətçilər güc yolu ilə onları SAXALA hərbi xidmətə yollayır.
 
Aksiya iştirakçıları İsrail rejiminin fəaliyyətini də sərt tənqid edərək, onların bu hərəkətini Müqddəs Torpaqda Tövratı təqib etmək adlandırıb. Həmçinin bildirblər ki, dinlərindən dönənlər Tövratı öyrənənləri ələ salır, onları tədris evini tərk etməyə və orduya xidmət etməyə cəlb edir.
 
Aksiyaya satmar hasidləri antisionist qrupu da qoşulub.
 
Təşkilatçılar ultra ordoks nümayişlərində polis qəddarlığını göstərən videonu nümayiş edib. (faktxeber) /

Google+ WhatsApp ok.ru