2014-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı açıqlandı

2014-cü il dekabrın 1-i tarixinə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1.507.7 min nəfər olub.
 
Axar.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onlardan 883.7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 624 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olub.

2014-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 442,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub. /

Google+ WhatsApp ok.ru