2014-cü ildə `Yahoo`nun 500 milyon istifadəçisinin şəxsi məlumatını oğurlanıb

2014-cü ildə `Yahoo`nun 500 milyon istifadəçisinin şəxsi məlumatını oğurlanıb

2014-cü ildə baş verən iri haker hücumu nəticəsində ABŞ-ın "Yahoo Inc." şirkətinin xidmətlərindən istifadə edən 500 milyon istifadəçinin məlumatları oğurlanıb. 
 
Maide.Az xəbər verir ki,  şirkətin cümə axşamı yaydığı məlumat bildirilir ki, hücum nəticəsində "Yahoo!" elektron poçtunun istifadəçilərinin şifrələri, ad və soyadları, mobil telefon nömrələri və digər şəxsi məlumatlar ələ keçirilib.
 
 Buna baxmayaraq, hakerlər istifadəçilərin kredit kartları barədə məlumatları əldə edə bilməyib. 
 
Şirkətdə hesab edirlər ki, hakerlər hansısa dövlətin dəstəyindən faydalanıb. ABŞ Federal Tədqiqatlar Bürosu dünyanın ən iri haker hücumu ilə bağlı araşdırma apardığını bildirib.  
 
Ekspertlər hesab edir ki,  oğurlanmış məlumatlar  digər saytlarda istifadəçilərin məlumatlarının oğurlanmasında da işlənə bilər.
 
 Məlumata görə, bu məlumat oğurluğu  bir şirkətdən oğurlana bilinmiş ən böyük oğurluqdur.  
 

Google+ WhatsApp ok.ru