2015-ci ildən bu günə kimi Yəməndə öldürülən insanların sayı açıqlandı

2015-ci ildən bu günə kimi Yəməndə öldürülən insanların sayı açıqlandı

2015-ci ildən bu günə kimi Yəmən ərazisində 91 min 600 insan həyatını itirib.

Bu barədə “Associated Press” hərbi münaqişələrin nəticələrini qiymətləndirən ACLED layihəsinin hesabatına əsasən məlumat veirb.

ACLED-in məlumatına əsasən, husilərə və Yəmən xalqına qarşı döyüşən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin birbaşa hücumu nəticəsində bu il ərzində 8 min mülki vətəndaş ölüb.

ACLED 2019-cu ilə 11 min 900 nəfərin öldüyünü qeyd edib. Lakin Yəməndə ən çox insan itkisi olan il kimi 2018-ci il göstərilir.

Belə ki, o zaman 30 min 800 insan həyatını itirib. Hesabat müəllifləri bildirirlər ki, bu siyahıya müharibənin səbəb olduğu humanitar fəlakət və s. nəticəsində həyatını itirənlərin sayı əlavə edilməyib.

Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.  Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır.  

Bu müddət ərzində Səudiyyə Ərəbistanının  başçılıq etdiyi koalisiya qüvvələri Yəmənə 19 mindən artıq  hava hücumu təşkil edib.  Qeyri-rəsmi məlumatlara görə, 60 mindən artıq  dinc sakin şəhid edilib.  20 milyondan artıq insan ərzaq yardımına möhtacdı. 18 milyon insan təmiz su içmə problemi iilə üz-üzədir  %30 uşaqlar məktəblərə gedə bilmir.  3 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. /eastnews.org/

Google+ WhatsApp ok.ru