2015-ci ilin əvvəlində Müsəlman Tələbələrin Beynəlxalq Quran Yarışları keçiriləcək

Müsəlman Tələbələrin Beynəlxalq Quran Yarışlarının 5-ci turu 2015-ci ilin yanvar ayının 1-dən 4-dək Tehranda keçiriləcək. Yarış Tehranın “Milad” qülləsinin toplantı zalında təşkil olunacaq. Bunu Müsəlman Tələbələrin Beynəlxalq Quran Yarışlarının V turunun keçirilmə təşkilatının baş katibi xanım Zəhra Nəqizadə deyib.
Maide.az-ın İQNA xəbər agentliyinə istinadən məlumatına görə, Z.Nəqizadə deyib ki, bu yarışlarda dünyanın 50 ölkəsindən tələbələrin iştirak edəcəyi gözlənilir. “Yarışda Quranın hifzi və qiraəti üzrə, eləcə də  tədqiqat bölmsində tələbələrin elmi işləri və məqalələr üzrə də rəqabət aparılacaq”
Yarışda iştirak etmək istəyən şəxslər əvvəlcədən video yazı göndəriblər və telefon vasitəsilə əlaqə saxlanılaraq dəyərləndiriliblər.
Daha çox məlumat əldə etmək üçün “www.muslimstudents.ir” saytına müraciət edə bilərsiniz. /

 

Google+ WhatsApp ok.ru