2015-ci ilin ən yadda qalan 6 mühüm texnoloji hadisəsi

Texnologiya və internet üçün vacib bir il olan 2015-ci il, bütün sahələrdə öz yenilikləri və inkişafı ilə yadda qaldı.
 
"Apple" geyinilə bilən texnologiyalar sektoruna girdi
 
"Apple" şirkəti, 2015-ci ilin noyabr ayında təqim etdiyi "Apple Watch" modeli ilə geyinilə bilən texnologiyalar sektoruna böyük addım atdı. Bununla kifayətlənməyən "Apple" şirkəti, "Apple Watch 2" üçün də hazırlıqlarını 2015-ci ildə başladı. "Apple" şirkətinin təqdim etdiyi geyinilə bilən modellərindən bir neçəsini 10 000 dollarlıq Gold üzlüklü 900 əyyarlı qızıl metal şəkilində təqdim etdi. Bütün bunlara baxmayaraq "Apple" şirkəti "Apple Watch" modelinin satış rəqəmlərini açıqlamamaqdadır. Tim Cook isə, satışların gözləniləndən qat-qat çox olduğunu lakin rəqəmləri açıqlamaq istəmədiyini açıqladı.
 
Avtomobillərdə hakerlənə bilirmiş
 
Hakerlər 2015-ci ildə avtomobilləri hakerləmək üçün böyük miqyaslı bir işə başladı. Ən böyük haker qrupları km-lərlə uzaqlıqdakı İeep-lərin sürət blokunu və sürətin necə tənzimlənmə yolu öyrənərək avtomobilləri özləri idarə edə bildi. 
 
Buna görə də, bir çox avtomobil şirkətləri bu problemə görə, öz avtomabillərini geri çağırdı. Buna misal olaraq "Fiat Chrysler"i misal göstərmək olar. Fiat şirkəti 1,4 milyon avtomobilini bu problemə görə geri çağırdı.
 
Hakerlər isə, bunu avtomobilin kompüter sistemində olan təhlükəzlik bloklarının çox asan şəkildə qırılması və avtomobilin kompüterlər  vasitəsi ilə sürəti ilə oynaya bildiklərini açıqladılar. Eyni problem GM avtomobillərinin bir çoxlarında da müşahidə edildi. Buna görə isə, 2015-ci ildə "Fiat" şirkətinə milyonlarla dollar pul zərər dəydi. Bundan əlavə gələcəyin avtomobilləri hesab edilən sürücüsüz avtomobillərində sürət sistemlərini hakerlər tərəfindən necə idarə edilə biləcəyinin yolunun da kəşf etdiklərini açıqlayan hakerlər "Tesla", "Apple" və "Google" şirkətlərini daha diqqətli olmağa çağırdı. Bu isə, avtomobillərində artıq hakerləyə bilindiyini həyatda bir daha mümkünlüyünü üzə çıxartdı.
 
"Tesla" şirkətinin sürücüsüz avtomobili sınaq üçün də olsa istehsal olundu
 
"Tesla" şirkətinin istehsal etdiyi sürücüsüz avtomobil sınaq üçün hazırlansa da artıq bir avtomobil olaraq yollarda şütüməkdədir. Avtomobil özü avtomaqistral yollarda sərbəst sürücü olmadan hərəkət edə, sürəti normal kontrol edə və avtomaqistralların zolaqlarını dəyişməklə uzaq yollarda hərəkət edə bilir. Bundan əlavə, paralel olaraq avtomobili parklama xüsusiyyətinə də malik olan yeni Tesla modelinin 2016-cı ildə bütün funksiyalarının hazır halda kütləvi satışa çıxarılacağı da açıqlanıb.
 
"Android" əməliyat sistemində bu günə qədər görünməyən böyük miqyaslı təhlükəsizlik boşluğu aşkar olundu
 
"Android" istifadəçilərinin əməliyyat sistemlərinə onların icazəsi və xəbəri olmadan rahatlıqla daxil olmağa  hakerlərə imkan verən boşluq aşkar olundu. İstifadəçilərin xəbəri olmadan onların əməliyyat sisteminə daxil olmağa şərait yaradan problemin isə, "Stagefright" adlı sistemdə olduğu araşdırmalardan sonra üzə çıxdı. "Android" rəhbərliyindən verilən açıqlamaya görə, haker qrupu bu günə qədər milyonlarla istifadəçinin əməliyyat sisteminə bu sistemin boşluğuna görə girə bilib. Bunun qarşısının alınmasına baxmayaraq, nə qədər məlumatın oğurlandığı  hələ də hesablanmayıb. Bundan əlavə hələ də, bu probelim tam həll edilmədən qaldığıda "Google" şirkəti tərəfindən açıqlandı. Bu isə, 2015-i ilin ən böyük əməliyyat sisteminə edilən hücum kimi yadda qaldı.
 
"Volkswagen" rəhbərliyi hiylə edərkən tutuldu
 
ABŞ-ın "Ətraf mühitin mühafizəsi" təşkilatı (EPA) sentyabr ayında, ABŞ-da olan yeni "Volkswagen" modellerinin yoxlanılması zamanı modellərin ətraf mühitə zərər verən və çirkləndirən xüsusi qaz sistemlərinin quraşdırıldığını lakin sənəddə bu qaz sistemləri haqqında heç bir məlumatın olmadığını aşkarladı. "Volkswagen" rəhbərliyi isə, bu ittihamları qəbul etdi və 500 avtomobildə yerləşdirdiyi zərərli qaz sitemini həqiqətən də quraşdırdığını və bu qaz steminin köməyi ilə daha sürətli bir avtomobil əldə etdiyini açıqladı. Bundan əlavə, "Volkswagen" rəhbərliyi bu avtomobillərin sayının dünya miqyasında 11 milyondan çox olduğunu da açıqladı. ABŞ və Avropa Birliyi isə, "Volkswagen"ə cərimə kəsmək üçün bu gün də məhkəmənin davam etdiyini açıqladı. Bununla da 2015-ci ilin avtomobil sektorunda qaydaları hiylə ilə dəyişdirən avtomobil şirkəti kimi  yadda qaldı.
 
"Instagram", "Twitter"'i istifadəçi sayına görə qabaqladı
 
2015-ci ilin ən diqqət çəkən xəbərlərindən biri də "İnstagram" foto və video paylaşma portalının  400 milyon aktiv istifadəçiyə çataraq "Twitter"in istifadəçi sayını qabaqladı. Bunu görən "Twitter" istifadəçiləri "Twitter"in prezidentinin dəyişdirilməli olduğunu mərkəzə göndərilən mesajlarla bildirdilər. Nəhayət ki, "Twitter"in keçmiş prezidenti olan Dick Costolo öz vəzifəsinindən istefa edərək yerini  Jack Dorseyə verdi. deyerler /

Google+ WhatsApp ok.ru