2016-cı il ərzində münaqişələrdə 8 000-dən çox uşaq ölüb və ya yaralanıb

2016-cı il ərzində münaqişələrdə 8 000-dən çox uşaq ölüb və ya yaralanıb

Əfqanıstandakı münaqişədə ötən il ərzində 3512, Suriyada – 1915, Yəməndə isə 1340 uşaq ölüb

Dünyadakı müxtəlif münaqişələrdə ötən il ərzində 8 000-dən çox uşaq ölüb və ya yaralanıb. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.  
 
Onun sözlərinə görə, Əfqanıstandakı münaqişədə ötən il ərzində 3512, Suriyada – 1915, Yəməndə isə 1340 uşaq ölüb və ya yaralanıb.
 
Qeyd edək ki, bundan əvvəl BMT Səudiyyə Ərəbistanının  rəhbərlik etdiyi koalisiyanı Yəməndəki münaqişədə uşaqların qətlində və yaralanmasında təqsirkar olan təşkilatların siyahısına daxil edib. (apa)
 

Google+ WhatsApp ok.ru