2016-cı ilin may ayı üçün əlamətdar İslami günlər

03 may - 25 rəcəb - 7-ci İmam  Həzrət Museyi-Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun-ər-Rəşid tərfindən zəhərlənərək, şəhadətə yetişmişdir. Mübarək hərəmi Kazimeyn şəhərindədir. İmamı (ə) ziyarət etməyə əli çatmayanlar, onun qızlarının Vətənimizdə - Nardaranda və Bibi-Heybətdə olan məqbərələrini ziyarət edə bilərlər.
 
05 may - 27 rəcəb - hicrətdən 13 il öncə - Həzrət Muhəmməd ibn Abdullaha (s) peyğəmbərliyin verilməsi günü - Məbəs günüdür. Bu gündə oruc tutmaq çox müstəhəbdir. 
 
06 may - 28 rəcəb - hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hərəkət etmişdir. Bu - Aşura salnaməsi ilə sonlanan, xilafəti qəsb etmiş zalım Yezid istibdadına qarşı mübarizə hərəkatının başlanğıcı idi. Azsaylı tərəfdarları ilə İslamı yaşadan, zülmə, rəzilliyə lyox!» deyən İmam Hüseyn (ə), bu yenilməz mübarizəsilə misilsiz qəhrəmanlıq məktəbinin əsasını qoymuşdur.
 
08 may - 1 şaban - Xanım Zeynəbin (s.ə) mövludu (bir rəvayətə görə)
 
10 may - 3 şaban - İmam Hüseynin (ə) mövludu 
 
11  may - 4 şaban - Həzrət Əbəlfəzl Abbasın (ə) mübarək təvəllüd günü
 
12  may - 5 şaban - Həzrət İmam Səccadın (ə) mübarək doğum günü
 
14 may - 7 şaban - Həzrət Qasim ibn Həsənin (ə) mövludu
 
18 may - 11 şaban - İmam Hüseynin (ə) oğlu Həzrət Əliəkbərin doğum günü
 
22 may  – 15 Şəban - İmam Məhdinin (əc) təvəllüdü

Google+ WhatsApp ok.ru