2017-ci ildə ən çox silah alan dövlət - VİDEO

2017-ci ildə ən çox silah alan dövlət - VİDEO

-- Dəhşət saçan rəqəmlər

2017-ci ilin statistikalarına görə Səudiyyə Ərəbistanı ötən ildə ən çox silah idxal edən ölkə olub.
 
Maide.Az "İslaminSesi"-ə istinadən  xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) ötən ilin silah alqı-satqısı ilə bağlı mareaqlı statistika təqdim edib.
 
Ötən ildə silah alqı satqısının öncəkilərlə müqayisədə daha da artığını bildirən institut bəyan edib ki, hələ də ABŞ silah ixracında birinci yerdədir və onun silah ixracının yarıdan çoxu Yaxın Şərq ölkələrindədir.
 
Bölgədə Səudiyyənin BƏƏ və Misirin ən böyük silah idxalçısı olduğunu bildirən araşdırma mərkəzi vurğulayıb ki, ötən ildə ər-Riyad dünyanın ən çox silah idxal edən ölkəsi olub və ondan sonra ikinci yerdə Hindistan gəlir.
 
Əlavə edilib ki, “Yəmən müharibəsindən sonra Səudiyyənin Silah idxalı 225 faiz artıb. Bu ölkə silahlarının böyük hissəsini ABŞ və Britaniyadan alır. Britaniya silah ixracının yarısını təkcə Səudiyyəyə edir. Səudiyyə son illərdə Britaniyadan 78 qırıcı, 72 hərbi helikopter və 328 tank alıb. Bu ölkə ilə hərbi sahəyə 80 milyard dollar sərf edir.”
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində 10 mindən çox uşaq və qadın həyatını itirib. 
 
Yəmən İnsan Haqları təşkilatı öz açıqlamasında bildirib ki, ötən 3 il ərzində Səudiyyə Ərəbistanının təcavüzü və Yəmənin mühasirədə saxlaması nəticəsində 565 min ailə evlərindən didərgin düşüb ki, ümumilikdə onların sayı 3 milyon 400 min nəfər təşkil edir. Evlərindən didərgin düşənlər Yəmənin müxtəlif əyalətlərindəndirlər.
 

 

Google+ WhatsApp ok.ru