2017-ci ilin nüfuzlu pasportları: Azərbaycan siyahıda geriləyib 26 Aprel 2017 01:00 Xəbərlər Azərbaycan pasportu dünyada 63-cü ən güclü sənəddir. Kanadada yerləşən maliyyə məsləhət şirkəti Arton Capital-ın 2017-ci il üzrə vizasız səyahət edilən ölkələrə əsasən hazırladığı siyahıda bildirilir. Ötən il Azərbaycan bu siyahıda 62-ci idi. Sərhəddə verilən vizaya görə qurulmuş Fərdi siyahıya əsasən, 125-ci yerdə olmaqla, Azərbaycan pasportu ilə 31 ölkəyə vizasız, 30 ölkəyə isə sərhəddə viza almaqla səyahət etmək mümkündür. Azərbaycan özü isə 22 ölkənin vətəndaşlarından ölkəyə gəliş üçün viza istəmir və buna görə də Qonaqpərvər siyahısında 22-ci yerdədir. Cənubi Qafqazın digər ölkələrinin – Ermənistanın və Gürcüstanın pasportları isə müvafiq olaraq və 67 və 43-cü yerdədir. Türkiyə pasportu ötən ilə nisbətən 1 addım geriləyib və 42-ci yerdə qərar tutub. Bu pasportla 104 ölkəyə vizasız gedib-gəlmək olur. Dünyanın ən güclü pasportları isə Almaniya və Sinqapurundur. Bu ölkənin vətəndaşları 159 ölkəyə vizasız gedə bilər. (azadliq.info) / Teqlər : #2017ci ilin nüfuzlu pasportları: Azərbaycan siyahıda geriləyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bişkekdə `Məbəs` bayramı tədbiri keçirilib - FOTO Almaniyadan olan turist piyada Azərbaycana gəlib