2017-ci ilin sentyabr ayı üçün şiəfobiya - STATİSTİKA

2017-ci ilin sentyabr ayı üçün şiəfobiya - STATİSTİKA

2017-ci ilin sentybar ayında dünyanın müxtəlif bölgələrində şiələrə qarşı 517 hücum təşkil olunub. 
 
Maide.Az xəbər verir ki, hücumlar nəticəsində 100 Əhli-beyt (ə) ardıcılı həyatını itirib,  188 nəfər yaralanıb,  229 nəfər isə həbs olunub. 
 
Beynəlxalq KİV-lərin məlumatına görə,  Səudiyyə Ərəbistanı və Bəhreyndə  həbslərin və səfərlərə qoyulan qadağaların yeni dalğası başlayıb.  İraq və Əfqanıstanda  şiələrin gediş-gəliş etdiyi yollarda və dini mərkəzlərdə  terror hücumları təşkil olunub. 
 
Malayziyanın Kuala Lumpur şəhərində Məhərrəm ayının gəlişi münasibəti ilə  əzadarlıq məclisi təşkil edən 200 iraqlı tələbə  həbs olunub. 
 
Hindistanda şiələrə qarşı təzyiqlər artıb. Onlar dövlət tərəfindən gündəlik məişət xidmətlərindən belə məhrum edilir.  Misirdə də hökumət şiələrin Aşura günü əzadarlığının  qarşısını almaq üçün "Məqamu Rəsul-Hüseyn” (İmam Hüseynin kəsilmiş mübarək başının dəfn edildiyi və yaxud da o mübarək başın müvəqqəti olaraq saxlanıldığı məkanın) qapılarını bağlayıb. 
 
 

Google+ WhatsApp ok.ru