2017-ci ilin ən son bütöv Ayı  - FOTO

2017-ci ilin ən son bütöv Ayı - FOTO

-- Növbəti dəfə isə Ay bu qədər yaxına bir də 2034-cü ildə gələcək

Bu həftə sonu gecə vaxtı səmanı seyr etməyi sevənlər nəhəng Ayı müşahidə ediblər - Ay yerə yaxınlaşaraq daha böyük və işıqlı görünüb.
Nəhəng Ay, bütöv Ayın yerə ən yaxın olduğu vaxt görünür.
Bazar ertəsi gecə vaxtı bu ilin ən son nəhəng Ayını görmək mümkün olub. Lakin NASA astronavtları yanvarın 1-i və 31-də də Ayın yerə yaxın olacağını gözləyirlər.
 
İngiltərənin Leeds şəhərindən Ay belə görünüb
 
 
Keçən il Yerin peyki 1948-ci ildən bəri Yerə ən yaxın məsafəyə yaxınlaşmışdı. Növbəti dəfə isə Ay bu qədər yaxına bir də 2034-cü ildə gələcək.
Lakin keçən bazar Ay yenə də Yerə çox yaxınlaşmışdı - Aya məsafə təxminən 358 min km təşkil edib.
 
Blenheim sarayından Ayın görünüşü
 
 
İngiltərənin Cənubi Shields şəhərindən nəhəng Ay
 
 
Yerlə onun peyki arasında məsafə Ayın hərəkətinə uyğun olaraq daima dəyişir. Bu məsafə həm də Yerin Günəş ətrafında hərəkətinə görə dəyişir.
Buna görə də nəhəng Ayı həmişə müşahidə etmək mümkün deyil.
 

Bazar ertəsi gecə vaxtı Ay həmişəkindən 7 faiz daha işıqlı və 15 faiz daha böyük olub

İndoneziya paytaxtı Cakartada nəhəng Ay
 
Myanmada nəhəng Ay 
(bbc)
 

 

Google+ WhatsApp ok.ru