2017-ci ildə tikildi, 2018-ci ildə isə sökülür - FOTO

2017-ci ildə tikildi, 2018-ci ildə isə sökülür - FOTO

-- bu yolda son illərdə baş verən qəzalar nəticəsində 10 nəfərdən çox qəsəbə sakini dünyasını dəyişib...

Bilgəh yolunun Buzovnadan keçən hissəsi olduqca təhlükəli hesab edilir. Belə ki, hər il bu magistiralı keçmək istəyən piyadaların vurulması ilə nəticələnən yol qəzalaları baş verir. Bu magistralın “Xrustalzavod” hissəsini sakinlər "ölüm yolu" adlandırırlar. Yol keçidləri olmadığından hər gün yüzlərlə insan (uşaq, qoca, cavan) bir tərəfdən digər tərəfə yolun ortası ilə keçmək məcburiyyətində qalırlar. Nəticədə isə maşınların yüksək sürətlə hərəkət etdiyi bu magistiralda tez-tez yol qəzalarına səbəb olur. 
 
 
Maide.Az bildirir ki,  FaktXəbər-in məlumatına görə, bu qəzalardan yaxa qurtarmaq üçün qəsəbə sakinləri müxtəlif ünvanlara, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevə müraciətlər etdilər ki, Bilgəh yolunun “Xrustalzavod” adlanan hissəsində yol keçidi tikilsin. Həqiqətən də sakinlərin xahişinə müsbət reaksiya verildi və 2017-ci ildə bu ərazidə yolüstü piyada keçidinin tikilməsinə başlandı.
 
 
Lakin qəsəbə sakinlərinin sevinci çox uzun sürmədi. Tikilməkdə olan bu keçidi 2018-ci ilin yanvarından sökməyə başladılar. 
 
Sual olunur niyə?
 
Axı bu yolda son illərdə baş verən qəzalar nəticəsində 10 nəfərdən çox qəsəbə sakini dünyasını dəyişib, onlarla minik avtomobili yararsız hala düşüb. 
 
Bu yolda piyadanın səbəb olduğu sonuncu qəza 03.02.2018-ci il tarixdə baş verib. Belə ki, axşam saat 19 radələrində yolu keçmək istəyən yaşlı bir qadın 6 minik avtomobilinin zəncirvari toqquşması ilə nəticələnən qəzaya səbəb olub.
 
 
 

Google+ WhatsApp ok.ru