2017-ci ilin hadisələri - şəkillərdə

2017-ci ilin hadisələri - şəkillərdə

-- 2017-ci ildə baş verən mühüm və maraqlı hadisələrin silsiləsi.

Fransanın Mont-de-Marsan hava bazasında keçirilən hərbi manevrlər vaxtı qartal dronu qapır.
 
İtaliyanın cənubundakı Siciliya adasında fəallaşan Etna vulkanından lava axını.
 
Avqustun 21-də dünyanın bir çox yerində tam Günəş tutulması müşahidə olunub.
 
Eritreya Pravoslav Kilsəsi İordan çayının Qərb Sahilindəki Qəsr Əl-Yəhud ərazisində xristian zəvvarını xaç suyuna salır.  
 
Australian Open kubokunun 1/4 final mərhələsinin matçında Milos Raonic-ə qarşı oynayan Rafael Nadal-ın üzünə qonan kəpənək fotoqrafların diqqətindən yayınmayıb
 
ABŞ-ın birinci xanımı Melania inauqurasiya mərasimində 45-ci prezident seçilmiş Donald Trump-ın nitqini dinləyir.
 
İsveçrənin Corsier-sur-Vevey şəhərində Charlie Chaplinin anadan olma günü qeyd edilir. Məşhur aktyor həyatının son 24 ilini Corsier-sur-Vevey şəhərində yaşayaraq elə burada da dəfn edilib
 
Myanmadan Banqladeşə üz tutaraq Naf çayını keçməyə çalışan rohinca müsəlmanları. Fotoqraflar qaçqın qadına əl uzadaraq sahilə çıxmağa kömək edir.
 
Sentyabr ayında Şimali Koreya lideri Kim Jong-un Hwasong-12 ballistik raketinin sınaqlarını izləyir.
 
Kataloniya müstəqilliyilə bağlı referendum vaxtı polis səsvermə məntəqəsindəki etirazçıları ərazidən kənarlaşdırır.
 
Çin Kommunist Partiyasının 19-cu Qurultayı növbəti məclisin keçirilməsinədək ölkənin əsas inkişaf istiqamətləri üzrə mühüm qərarları təsdiqlədi. Hadisə ilə bağlı Pekində təşkil edilmiş şənliklər vaxtı qızlar papaqlarını göyə atır.
 
Liviyadan Avropaya yollanarkən dənizdə qəzaya uğramış gəminin sərnişini sahilə çıxır. Təhlükələrə rəğmən hər il yüz minlərlə afrikalı miqrant Avropaya üz tutur.
 
Braziliyanın San-Paulu şəhərindəki Black Friday günü: İnsanlar endirimli malları almağa tələsir.
 
Zimbabvenin paytaxtı Hararedə 37 ildir ki, ölkəni idarə edən prezident Robert Mugabe-nin istefası ilə bağlı şənliklər. (bbc)
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru