2018-ci il dünya çempionatının növbəti seçmə oyunlarına start veriləcək

2018-ci il dünya çempionatının növbəti seçmə oyunlarına start veriləcək

Hollandiya yığması yeni baş məşqçinin rəhbərliyi altında cari seçmə tsikldə ilk oyuna çıxacaq
 
Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avropa zonası üzrə VI tura start veriləcək. 
 
Maide.Az “Report"a istinadən xəbər verir ki, ilk oyun günündə 3 qrupda 9 görüş baş tutacaq.
 
A qrupunda ilk 2 yerin sahibləri Fransa və İsveç yığmaları üz-üzə gələcəklər. Fransa qalib gəlsə, qrup lideri kimi Rusiyada keçiriləcək final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edəcək. 
Cari seçmə tsikldə Dik Advokatın rəhbərliyi altında ilk rəsmi oyununa çıxacaq Hollandiya millisi autsayder Lüksemburqu qəbul edəcəksə, qrupun daha bir zəif komandası Belarus Bolqarıstanı sınağa çəkəcək.
 
B qrupunun iddialı komandaları səfərdə zəiflərə qarşı oynayacaqlar. İtkisiz irəliləyən İsveçrə Farer adalarının, son Avropa çempionu Portuqaliya Latviyanın, Macarıstan isə Andorranın qonağı olacaq.  
 
H qrupunda yer alan Bosniya və Herseqovina ilə Yunanıstanın dueli də maraqla gözlənilir. Bu görüşdə heç-heçə qeydə alınsa, lider Belçika səfərdə Estoniyaya qalib gələrək, ən yaxın izləyicisi ilə xal fərqini 4-ə çatdıra bilər. Xalı olmayan Cəbəllütariq isə Kipri qəbul edəcək. 
 
Qeyd edək ki, C qrupunda yer alan Azərbaycan yığması iyunun 10-da Şimali İrlandiya millisini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. /
 
2018-ci il dünya çempionatının seçmə mərhələsi
Avropa zonası
9 iyun
VI tur
A qrupu
22:45. Belarus – Bolqarıstan
22:45. Hollandiya – Lüksemburq
22:45. İsveç - Fransa
 
B qrupu
22:45. Andorra – Macarıstan
22:45. Latviya – Portuqaliya
22:45. Farer adaları – İsveçrə
 
H qrupu
22:45. Bosniya və Herseqovina – Yunanıstan
22:45. Estoniya – Belçika
22:45. Cəbəllütariq - Kipr

Google+ WhatsApp ok.ru