2018-ci il dünya çempionatının növbəti seçmə qrup matçları keçiriləcək

2018-ci il dünya çempionatının növbəti seçmə qrup matçları keçiriləcək

Avropa zonasında futbol üzrə 2018-ci il dünya çempionatının növbəti seçmə qrup matçları keçiriləcək. 

"Report"un məlumatına görə, bu gün start götürəcək V turun ilk oyun günündə D, G və I qruplarında yer alan komandalar üz-üzə gələcəklər.

Azərbaycanlı futbolsevərlər üçün əsas maraq kəsb edən oyun Türkiyə - Finlandiya qarşılaşmasıdır. 5 xalla 4-cü pillədə qərarlaşan Fatih Terimin komandasını mundiala vəsiqə qazanmaq şansını əldən verməmək üçün ev oyununda 3 xal qazanmalıdır.

D qrupunun lideri İrlandiya Uelsi qonaq edəcək. Serbiya isə səfərdə Gürcüstanla görüşəcək.

I qrupunun iddialıları İtaliya və İspaniya yığmaları növbəti matçlarını evdə keçirəcəklər. Sözügedən kollektivlər müvafiq olaraq, Albaniya və İsrail milli komandalarını qəbul edəcəklər.

 

 2018-ci il dünya çempionatı

Avropa zonası, V tur

24 mart

 

D qrupu

21:00 Gürcüstan – Serbiya

23:45 Avstriya – Moldova

23:45 İrlandiya – Uels

N Komandalar O Q H M T/F X
1 İrlandiya 4 3 1 0 7-3 10
2 Serbiya 4 2 2 0 9-5 8
3 Uels 4 1 3 0 8-4 6
4 Avstriya 4 1 1 2 6-7 4
5 Gürcüstan 4 0 2 2 3-5 2
6 Moldova 4 0 1 3 2-11 1

G qrupu

23:45 İtaliya - Albaniya

23:45 Lixtenşteyn - Makedoniya

23:45 İspaniya - İsrail

N Komandalar O Q H M T/F X
1 İspaniya 4 3 1 0 15-1 10
2 İtaliya 4 3 1 0 11-4 10
3 İsrail 4 3 0 1 8-5 9
4 Albaniya 4 2 0 2 4-6 6
5 Makedoniya 4 0 0 4 4-11 0
6 Lixtenşteyn 4 0 0 4 1-16 0

I qrupu

21:00 Türkiyə - Finlandiya

23:45 Xorvatiya - Ukrayna

23:45 Kosovo – İslandiya

N

Komandalar O Q H M T/F X
1 Xorvatiya 4 3 1 0 10-1 10
2 Ukrayna 4 2 2 0 7-3 8
3 İslandiya 4 2 1 1 6-5 7
4 Türkiyə 4 1 2 1 5-5 5
5 Finlandiya 4 0 1 3 3-6 1
6 Kosovo 4 0 1 3 1-12 1
 
 

 

Google+ WhatsApp ok.ru