2018-ci ildə Həcc ziyarəti üçün qiymətlər arta bilər

2018-ci ildə Həcc ziyarəti üçün qiymətlər arta bilər

-- Buna Səudiyyə Ərəbistanı şirkətləri tərəfindən göstərilən xidmətlərin qiymətinin növbəti dəfə artması səbəb olacaq

2018-ci ildə Həcc ziyarəti üçün qiymətlər dahada baha ola bilər. 
 
Maide.Az “islam.ru” saytına istinadən xəbər verir ki, buna Səudiyyə Ərəbistanı  şirkətləri tərəfindən göstərilən xidmətlərin qiymətinin növbəti dəfə artması səbəb olacaq. 
 
Sayt qeyd edir ki, xüsusi ilə Mədinə- Məkkə- Maşayır – Ciddə  marşrutu üzrə nəqliyyat qiymətləri artacaq. 
 
Əlavə olaraq Mina vadisində və Ərəfatda  çadır düşərgələrində yerləşmə qiymətlərinin də bahalaşacağı ehtimal olunur. 
 
Məlumat verilir ki, 2018-ci ildən etibarən, hər bir hacı üçün qurbanlıq qiyməti təqribən 170 dollar təşkil edəcək. 
 
Həcc ziyarəti xərcləri ödənilmədən isə  viza almaq mümkin olmayacaq. 
 
İlkin qiymətləndirmələrə görə, 2018-ci ildə həcc ziyarətinin  qiyməti 2600-3400 dollar arasında dəyişəcək. 
 
Qeyd edək ki, 2017-ci ildə  Azərbaycanlı zəvvarların  Həcc ziyarəti üçün ən yüksək qiymət 5750 manat, ən aşağı qiymət isə 4700 manat olub.
 
 
 

Google+ WhatsApp ok.ru