2018-ci ildə yollarda 722 nəfər həlak olub

2018-ci ildə yollarda 722 nəfər həlak olub

2018-ci ildə ölkənin avtomobil yollarında 1817 hadisə baş verib ki, bu da 2017-ci il ilə müqayisədə 0,9 faiz az yol-nəqliyyat hadisəsi deməkdir. Bu barədə Dövlət Statistka Komitəsinin fevralın 7-də yaydığı açıqlamada deyilir.
 
Açıqlamaya görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,5 faiz azalaraq 2433 nəfər olub: "Onlardan 722-si həlak olub,1711-i isə yaralanıb".
 
Məlumata görə, bu hadisələr nəticəsində həlak olanların sayı 2017-ci ilə nisbətən 7,3 faiz artaraq 556 nəfər, yaralananların sayı isə 0,9 faiz artaraq 1628 nəfər olub.
 
Məlumata görə, il ərzində yol hərəkəti qaydaları əleyhinə inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artaraq 3409,7 min olub.
 
Qaydaların pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilib. /contact.az/

Google+ WhatsApp ok.ru