2018-ci ildən bu yana Venesuelada 7 minə yaxın adam öldürülüb

2018-ci ildən bu yana Venesuelada 7 minə yaxın adam öldürülüb


2018-ci ildən bu yana Venesuelada keçirilmiş xüsusi əməliyyatlar nəticəsində azı 6,856 min adam öldürülüb.

Bu barədə BMT-nin insan haqları üzrə ali komisarı Michelle Bachelet-in hazırladığı hesabatda bildirilir.

Hesabata görə, həmin əməliyyatları hakimiyyətə sadiq silahlı qruplar və Venesuelanın xüsusi xidməti keçirib.

Michelle Bachelet-in sözlərinə görə, onların 5 min nəfərindən çoxu ötən il, 1500 nəfəri isə bu il öldürülüb.

Söhbət rəsmi rəqəmlərdən gedir.

Amma Venesuela hakimiyyəti hesabatı “açıq birtərəfli həqiqət” adlandırıb və bildirib ki, orda müxalifətin zorakı hərəkətlərindən danışılmır.

Hesabata görə Venesuelanın təhlükəsizlik xidməti daima işgəncələrə əl atır və təhlükə saydığı insanların hüquqlarını kobud şəkildə pozur. Onların əksəriyyəti müxalifət tərfdarlarıdır.

Michelle Bachelet prezident Maduro hakimiyyətini FAES adlı silahlı xüsusi xidməti buraxmağa çağırıb.

BMT-nin insan haqları üzrə ali komisarlığı bu xidməti, minlərlə insanı məhkəməsiz öldürməkdə və hakimiyyətə sadiq küçə dəstələrini silahlandırmaqda ittiham edir./azadliq.org/

Google+ WhatsApp ok.ru