2019-cu ildə aviaqəzalarda ölənlərin sayı açıqlanıb

2019-cu ildə aviaqəzalarda ölənlərin sayı açıqlanıb

2019-cu ildə baş vermiş aviaqəzalarda 257 nəfər həyatını itirib.
 
Bu barədə “Mülki aviasiya icmalı 2019” hesabatında deyilir.
 
Hesabata əsasən, ötən il ərzində 86 qəza baş verib ki, bunlardan yalnız 8-i ölümlə nəticələnib.
 
Qeyd edək ki, bu göstəricilər 2018-ci illə müqayisədə təxminən iki dəfə azdır. Belə ki, 2018-ci ilə 157 aviaqəza baş vermiş, 534 nəfər həyatını itirmişdi. /Trend

Google+ WhatsApp ok.ru