2019-cu ildə İsrail rejimi fələstinli jurnalistlərə qarşı 760 cinayət törədib

2019-cu ildə İsrail rejimi fələstinli jurnalistlərə qarşı 760 cinayət törədib

Sionist işğalçı rejimi 2019-cu ildə Fələstin müxbirlərinə qarşı 760 cinayət həyata keçirib. Bu haqda Fələstinin Müxbirlər Birliyi məlumat verib.
 
 
Birlik keçən il, jurnalistlərin 12 dəfə canlı döyüş güllələri ilə ağır yaralandığını bildirir. Rezinləşdirilmiş polad güllələrdən 62 yaralanma, 58 gözyaşardıcı qaz hücumu və səsli qumbara istifadəsi ilə yaralanmalar qeydə alınıb.
 
 
Hazırlanmış hesabatda həmçinin, sionistlərin, peşə vəzifələrini yerinə yetirən sex işçilərinə qarşı zəhərli qazdan istifadə etməsi 78 işçinin zəhərlənməsinə səbəb olması qeyd edilir. MB-nin rəhbəri Məhəmməd əl-Laham, Fələstin mediasının il ərzində davamlı olaraq İsrail işğalçılarının hücumuna məruz qaldığını söyləyib. Laham, Qüdsdə Fələstin mediasına qarşı son siyasi basqılara işarə edərək, ərəb əhalisi arasında məşhur televiziya kanalının bağlanmasını xatırlatmışdır. Qüdsdə, belə cinayət əməllərinin otuzdan çoxu qeydə alınıb.
 
Hesabatda həmçinin, 92 halda silahlı yəhudilərin jurnalistlərin peşə işlərini görməsinə mane olması və qadın jurnalistlərə qarşı əxlaqsız reaksiyaları haqda danışılır. Yazıçı müxbirlərin ən azı 250 sosial şəbəkə ünvanı bağlanıb. Belə amansız və çətin bir mühitdə hüququndan məhrum olmuş müxbirlər, öz peşələrinə sadiq qalaraq sionist rejiminin zülmünə qarşı dəyanətlə mübarizə aparır./deyerler.org

Google+ WhatsApp ok.ru