2019-cu ilin ilk günü üçün hava proqnozu açıqlanıb 31 Dekabr 2018 13:24 Ölkə Azərbaycanda yanvar ayının ilk günü üçün hava proqnozu açıqlanıb. Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5°, gündüz 7-9° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq. Azərbaycanın rayonlarında yanvarın 1-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti təşkil edəcək. Teqlər : #2019cu,#ilin,#ilk,#günü,#üçün,#hava,#proqnozu,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 2018-ci ildə uşaqlara ən çox Yusif və Zəhra adları verilib Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılır