2020-ci ilədək internet istifadəçilərinin sayı 4 milyarda çatacaq

Dünya əhalisinin yarısından çoxu internetdən istifadədən məhrumdur

İnternetə çıxışı olan insanların sayının artması zəifləyir və planet əhalisinin yarısından çoxu hələ də bu imkandan istifadədən məhrumdur.
 
Maide.az xəbər verir ki, bu barədə BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyası (United Nations Broadband Commission) tərəfindən hazırlanan hesabatda qeyd edilir.
 
2015-ci ildə qlobal miqyasda internetləşmənin artım tempi 8,1 faizə bərabər olub. Bir il əvvəl bu göstərici 8,6 faiz təşkil edib. 2012-ci ilədək bu göstərici uzun illər ərzində ikirəqəmli ədədlərlə artıb. Ekspertlərin proqnozlarına görə, bu say nəzərə alınmaqla 2020-ci ilədək internet istifadəçilərinin sayı 4 milyarda çatacaq.
 
Hazırda Yer kürəsi əhalisinin təxminən 57 faizi (4 milyard nəfərdən çox) internetdən mütəmadi və ya aktiv istifadə etmir. Bu vəziyyət operatorların ölkələrin ucqar regionlarında telekommunikasiya infrastrukturunun inkişafına çoxlu vəsait xərcləmək istəməməsi, eləcə də mobil rabitə abunəçilərinin sayının artım tempinin kəskin azalması ilə əlaqədardır.
 
2014-cü ildə 2,9 milyard insan internet istifadəçisi olub, cari ilin sonunadək bu göstəricinin 3,2 milyard nəfərədək artacağı gözlənilir ki, bu da planetin ümumi əhalisinin təxminən 43,4 faizi deməkdir.
 
BMT-nin proqnozuna görə, 2020-ci ildə dünyada internetin nüfuzetmə səviyyəsi 60 faizə çatacaq. 

Google+ WhatsApp ok.ru