2020-ci ilədək dünyada 1,6 trilyon dollar dəyərində halal qida və içkilər istifadə olunacaq

2020-ci ilədək dünyada 1,6 trilyon dollar dəyərində halal qida və içkilər istifadə olunacaq

Xəbər verdiyimiz kimi İstanbulda Türkiyədə halal məhsullar üzrə beynəlxalq sərgi-konfras keçirilir. 
 
Maide.Az xəbər verir ki, halal sektorunun inkişafına töhfələr vermək məqsədilə keçiriləcək bu sərgi konfrans 15-17 dekabr tarixlərində İstanbul şəhərində keçirilir. 
 
Bu gün Türkiyənin  elm, sənaye və texnologiya naziri Faruk Özlü konfansda çıxış edib və deyib ki, dünyada müsəlmanların sayı 1,8 milyardı keçib və buna görə  halal xidmət və qida məhsullarına dünyada təlabatda artıb. 
 
O əlavə edib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, 2014-cü ildə dünyada qida və içkiyə 6,7 trilyon dollar xərclənib ki, bunun 1,1 trilyon dolları halal qida və içki ticarətinə məxsusdur. “Son illərdə sabit bir şəkildə artım göstərən bu rəqəm 2020-ci ilə qədər 1,6 trilyon dollara çatacağı təxmin edilir.”  
 
Qeyd edək ki, Türkiyədə keçirilən sərgi-konfrans  çərçivəsində “Halal qida sənayesi”,  “İslami maliyyənin təmini”, “Halal turizm”,  “İslami həyat tərzi”,  “Halal kosmetika və əczaçılıq məhsulları” sahəsində seminarlar təşkil olunur.(anadolu)
 
  
 

Google+ WhatsApp ok.ru