2020-ci ildə dünyada turistlərin sayı 78 faiz azala bilər

2020-ci ildə dünyada turistlərin sayı 78 faiz azala bilər

BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, 2020-ci ildə beynəlxalq turistlərin sayı yeni növ koronavirus (Covid-19) səbəbindən 58–78 faiz azala bilər.
 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki,  UNWTO -nun hesabatına görə, "2020-ci ilin mart ayında beynəlxalq turistlərin sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 57 faiz, 2020-ci ilin birinci rübündə isə keçən ilin eyni dövrü ilə müqayisədə 22 faiz azalıb"
 
Eyni zamanda, 2020-ci ilin yanvar-mart aylarında beynəlxalq turistlərin sayı 67 milyon, turizmdən gələn gəlirlər isə 80 milyard dollar azalıb.
 
Koronavirusun yayılması, keçid məntəqələrinin bağlanması və səyahət qadağaları turizm sektorunun qeyri-müəyyənliyinə təsir edən əsas amillərdir.

Google+ WhatsApp ok.ru