2020-ci ilin sonunadək sionist İsrail rejimi 100 min fələstinli şəhid edib

2020-ci ilin sonunadək sionist İsrail rejimi 100 min fələstinli şəhid edib

Fələstinin "Vəfa" xəbər agentliyi yanvar ayının 7-i  Fəlsətində "Şəhid günü" münasibətilə  1948-ci ildən 2020-ci il arasında şəhid olan fələstinlilərin statistikasını açıqlayıb. 
 
Agentliyinin məlumatına görə,  1948-ci ildə (Nikbə günündən) 2020-ci ilin sonunadək  100 min fələstinli şəhid olub ki, onlardan  11 min nəfəri yalnız ikinci intifada dövründə (2000-2005-ci illər) şəhid olanlardır. 
 
Fələstinlilər hər ilin 7 yanvarında “Şəhid günü”nü qeyd edirlər. İlk dəfə Fələstində “Şəhid günü” 1969-cu ildən qeyd edilməyə başlayıb.
 
Məlumata görə,  yalnız 2014-cü ildə  (51 günlük müharibə)  dövründə 2240  fələstinli şəhid olub və həmin şəhidlərin 2181 nəfər Qəzza zolağından idi.  
 
2019-cu ildə  fələstinli şəhidlərin sayı 151 nəfər və 2020-ci ildə  isə  48 nəfər təşkil edib. 
 
Agentliyin məlumatına görə,  sionist rejim  ötn il  13 fələstinli şəhidin  cənazəsini ailələrinə təhvil verməyib. 
 
Sionist rejim indiyədək ümumilikdə  73 fələstinli şəhidin cənazəsini ailələrinə təhvil verməyib. 
 

Google+ WhatsApp ok.ru