2020-ci ilin yanvar-iyun aylarında yük və sərnişin daşınması  azalıb

2020-ci ilin yanvar-iyun aylarında yük və sərnişin daşınması azalıb

Dövlət Statistika Komitəsi nəqliyyat sektorunun yarım illik göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2020-ci ilin yanvar-iyun aylarında yük və sərnişin daşınması ötən ilin ilk yarısına nəzərən 14,1 və 28,7 faiz azalıb: “Yarım ildə daşınan yüklərin 3,2 faizi dəniz, 7,5 faizi dəmir yolu, 0,2 faizi hava, 58,4 faizi avtomobil nəqliyyatının, 30,7 faizi boru kəmərinin payına düşüb.
 
Yanvar-iyun aylarında sərnişinlərin 90,5 faizi avtomobil nəqliyyatı, 9,3 faizi metro, qalan hissəsi digər nəqliyyat növləri ilə daşınıb.
 
Dəmir yolu nəqliyyatında 2019-cu ilin ilk yarısı ilə müqayisədə yük daşınmasında 3,1 faiz artım, sərnişin daşınmasında 16,1 faiz azalma müşahidə olunub.
 
Dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi əvvəlki ilin yanvar-iyun aylarına nəzərən 0,2 faiz, sərnişinlərin sayı 2,2 faiz azalıb.
 
Avtomobil nəqliyyatı ilə yük daşınması 22,1 faiz, sərnişin daşınması 26,4 faiz düşüb.
 
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 45 faiz azalıb.
 
Hava nəqliyyatı ilə ötən ilin ilk yarısına nəzərən 60,4 faiz az sərnişin daşınıb, yükdaşıma isə 2,2 dəfə artıb”.
 

Google+ WhatsApp ok.ru