2026-cı il dünya çempionatının keçiriləcəyi ölkələr müəyyənləşib 13 İyun 2018 01:00 İdman -- DÇ-2026-da ilk dəfə 48 ölkə 16 qrupda mübarizə aparacaq. 2026-cı il futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələr müəyyənləşib. Maide.Az "Report"a istinadən xəbər verir ki, Kanada - Meksika - ABŞ triosu mundialı birgə təşkil edəcək. Bu qərar FİFA-nın Rusiyanın paytaxtı Moskvada keçirilən 68-ci konqresində İcraiyyə Komitəsinin nümayəndələri tərəfindən qəbul olunub. DÇ-2026-da ilk dəfə 32 deyil, 48 ölkə mübarizə aparacaq. Onlar 16 qrupda çıxış edəcəklər. Hər qrupdan 2 komanda 1/16 finala yüksələcək. Bundan başqa, dünya çempionatı ilk dəfə 3 ölkədə təşkil olunacaq. Əvvəllər yalnız bir dəfə 2 ölkə - Yaponiya və Cənubi Koreya DÇ-2002-yə ev sahibliyi edib. DÇ-2026-da ilk dəfə 48 ölkə 16 qrupda mübarizə aparacaq. Teqlər : #2026cı il dünya çempionatının keçiriləcəyi ölkələr müəyyənləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Argentina işğalçı İsraillə oynamaqdan imtina etdi Bu gün futbol üzrə dünya çempionatı başlanır