2030-ci ildə Ramazan ayı iki dəfə gəlir

2030-ci ildə Ramazan ayı iki dəfə gəlir

2030-cu ildə Ramazan ayında müsəlmanlar 36 gün oruc tutacaq
 
Maide.Az xəbər verir ki, "Al-Mersed" qəzetinin yazdığına görə, Səudiyyə Ərəbistandakı Al-Qasim Universitetində iqlim elmi professoru Abdullah al-Musand təkrar baş verməsi az olan bir hadisədən danışıb. O, 2030-cu ildə müsəlmanların 36 gün oruc tutacağını açıqlayıb.
 
Abdullah al-Musand tvitində belə yazıb: "2030-ci ildə Ramazan ayı iki dəfə gəlir. 5 yanvar 2030-cu ildə 1451-ci hicri-qəməri ilinin Ramazan ayı daxil olacaq. Eyni il, 26 dekabr 2030-cu ildə ikinci Ramazan ayı olacaq. Müsəlmanlar 2030-ci ildə hicri qəməri 1452-ci ilin Ramazan ayında 6 gün oruc tutacaq. 1452-ci Ramazan ayının davamı 2031-ci il olacaq."
 
Səudiyyə professoru bu vəziyyətin səbəbi haqqında danışarkən, "Bunun səbəbi, ay ilinin günəş ilindən 11 gün qısa (daha az) olmasıdır", - deyə bildirib. 

Google+ WhatsApp ok.ru