2035-ci ilədək dünyada müsəlmanlar arasında doğum halları xristianlara nisbətdə artacaq - `Pew` Tədqiqat Mərkəzi

2035-ci ilədək dünyada müsəlmanlar arasında doğum halları xristianlara nisbətdə artacaq - `Pew` Tədqiqat Mərkəzi

Elan olunmuş yeni statistikaya görə, 2035-ci ilədək dünyada müsəlmanlar arasında doğum halları xristianlara nisbətdə artacaq. 
 
Maide.info xəbər verir ki, bu barədə "Pew" Tədqiqat Mərkəzinin proqnozunda bildirilib.
 
Mərkəzin dünya üzrə doğum reytinqi, gənclərin nisbi sayı və etiqad dəyişmə reytinlərini nəzərə alaraq hazırladığı hesabata əsasən 2010-2015-ci illər ərzində dünyada müsəlmanlar arasında doğum halları 31 faiz artıb. 2015-ci ildə dünyada əhalinin 24 faizini müsəlmanlar təşkil edib. 
 
Xristianların da sayı bu müddət ərzində artıb, lakin daha az sürətlə. Son illər ərzində dünyada doğulan uşaqların 33 faizini xristian uşaqlar təşkil edib. 2015-ci ildə dünyada əhalinin 31 faizini xristianlar təşkil edib. Xristianlar daha yaşlı olduqları üçün onlar arasında ölüm halları da artıb. Belə ki, dünya üzrə 37 faiz təşkil edir. Bu məsələ Avropa qitəsində daha çox müşahidə olunur. Xristianlar arasında ölüm halları doğum hallarına nisbətdə daha çoxdur.
 
Məlumatda bildirilir ki, misal üçün Almaniyada 2010-2015-ci illər ərzində 1.4 milyon xristian dünyasını dəyişib ki, gələcək illərdə bu rəqəmin daha da artacağı gözlənilir. 
 
"Pew" mərkəzinin proqnozunda deyilir ki, əgər demoqrafik proseslər indiki templə davam etsə, əsrin ortalarına doğru bu balans müsəlmanların xeyrinə dəyişəcək. Belə ki, 2030-2035-ci illərdə müsəlmanlarən sayı xristianlara nisbətdə artacaq. Yeni doğulmuş müsəlman uşaqların sayı 225 milyon və xristianların sayı isə 224 milyon olacaq. 
 
Proqnoza əsasən 2055-2060-cı illər ərzində müsəlman uşaqların sayı xristinalara nisbətdə 6 milyon artıq olacaq və 232 milyona çatacaq. 
 
Bu hesabat 2015-ci ildə aparılmış statistik məlumatlar və 2500-dən çox sorğu nəticəsində hazırlanıb. 
 
Hesabatın digər bir hissəsində 2060-cı ildə dünya əhalisinin sayı proqnozlaşdırılıb.  
 
Xristianlıq 2015-ci ildə dünyanın ən geniş yayılmış dini olub. Belə ki, 7.3 milyarlıq dünya əhalisinin 31 faizi məhz bu dinin ardıcılı olub. İslam dininin ardıcıllarının sayı isə dünya əhalisinin 24 faizini və 1.8 milyard nəfər təşkil edib.
 
"Pew" mərkəzinin proqnozunda deyilir ki, 2060-cı ildə dünyada müsəlmanların sayı dünya əhalisinin 31 faizini və 3 milyard nəfər, xristianlıq ardıcıllarının sayı dünya əhalisinin 32 faizi və 3.1 milyard nəfər təşkil edəcək.(presstv) /

Google+ WhatsApp ok.ru