2050-ci ilədək Afrika qitəsində müsəlman və xristian cəmiyyətlərində demoqrafik dəyişikliklər

Afrika qitəsində müsəlman və xristian cəmiyyətlərində demoqrafik dəyişikliklər prosesini nəzərdən qaçırmaq bir növ İslam və Xristian dünyasında demoqrafik dəyişkliklərin gələcəyini nəzərdən qaçırmaq hesab edilir.
Maide.az  İQNA xəbər agentliyinə istinadən məlumat verir ki,  İslam Məzhəbləri Universitetinin Dinlər və İrfan üzrə baş mütəxəssisi yaydığı hesabatda 2050-ci ilədək Afrika qitəsində müsəlman və xristian cəmiyyətlərində demoqrafik dəyişikliklər mövzusunu araşdırıb. Aşağıda geniş şəkildə həmin hesabatla tanış ola bilərsiniz.
Yer kürəsi son yarım əsr ərzində öz sakinlərinin davamlı artmasının şahidi olmuşdur. BMT-nın son araşdırmaları Dünya əhalisinin sayının2015-ci ildə  7 milyarda qədər artdığını göstərir. Son 12 ildə təxminən bir milyard insan dünya əhalisinin sayına əlavə olunub. Təşkilatın proqnozlarına görə, 2030-cu ildə dünya əhalisi 5.8 milyard nəfərə, 2050-ci ildə isə 7.9 milyard nəfərə və 2100- cü ilədək isə 2.11 milyard nəfərə qədər artacaq.
 
2050-ci ilədək Afrika qitəsində müsəlman və xristianlar
1910 və 2010-cu ilin müqayisəli statistikalarında dünya dinlərinə inananların sayı onu göstərir ki, Afrika yerli dinlərin vətəni olaraq tədricən dünya müsəlmanlarının və xristianlarının böyük əksəriyyət təşkil etdiyi bir əraziyə çevrilməkdədir və yerli dinə inananların sayı getdikcə azalır.  2010-cu ilin statistikasına görə, Afrika qitəsində xristianların sayı 494 milyon nəfərdir, müsəlmanların sayı isə 426 milyon nəfərdir.  Statistik göstəricilərə əsasən demək olar ki, bu iki dinə sitayiş edənlərin sayı 2050-ci ilədək ikiqat artacaq. 
Məlumatda bildirilir ki, Afrika müsəlmanlarının 46 faizi və xristianlarının isə 41 faizini 15 yaşdan aşağı yeniyetmələr təşkil edir. /
 

Google+ WhatsApp ok.ru