20 milyon zəvvar Ərbəin günündə Kərbəlanı ziyarət etdi- FOTO

İndiyə qədər Kərbəla şəhərinin yerli təhlükəsizlik, sərhəd və müdafiə xidmətlərinin təqdim etdiyi ən son hesabata görə,  Ərbəin günündə İmam Huseyn (ə) -nı Kərbəlada ziyarət etmək üçün bu şəhərə daxil olan zəvvarların sayı 20 milyona çatıb.   Şəhər rəhbərliyi bu sayda ziyarətçinin daha öncə görünməmiş olduğunu bildirib.

Maide.az-ın məlumatına görə, bu il bütün illərdən fərqli olaraq təhlükəsizlik riskinin daha çox artdığına baxmayaraq, bu nəinki zəvvərların gəlişinə mane olmamış, hətta İmam Hüseynin (ə) ziyarətçilərinin sayı daha da artıb.

Dünyanın 60 ölkəsindən olan ziyarətçilər Kərbəla şəhərinə gəliblər. Xarici ziyarətçilər əsasən İran, Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn, İordaniya, Suriya, Əlcəzair, Tunis, Misir və bəzi Afrika ölkələrindən olub.
Bu arada İraq ali İslam məclisinin baş katibi Seyid Əmmar Həkim Kərbəla əzadarları ilə görüşdə jurnalistlərə deyib: Milyonlarla Ərbəin ziyarıtçisinin Kərbəlaya gəlişi İŞİD-ə açıq-aydın siyasi mesajdır. Əhli-beyt (ə) sevərlər həmişə hazır və meydandadırlar./

 

 

 


 

 
 
 

Google+ WhatsApp ok.ru